Sabirabadda 5 otaqlı ev yanıb

Sabirabadda 5 otaqlı ev yanıb
  01 Mart 2017    Oxunub:1384
Bu gün Sabirabad rayonu, Poladtuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının döşəməsi, tavanı 70 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 125 m2 sahədə yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

AzVision.az


Teqlər: #FHN   #Yanğın  



Xəbər lenti