Bir gündə 2 nəfər zəhərlənmədən ölüb

Bir gündə 2 nəfər zəhərlənmədən ölüb
  02 Mart 2017    Oxunub:1490
Cəlilabad rayonunda zəhərlənmə hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 1-də Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan Yusif Zeynalov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Bundan başqa martın 1-də Goranboy rayonunun Nadirkənd kəndində yaşayan Rəmziyyə Ələsgərova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti