Paytaxtda yaşayış binasında yanğın olub
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb.
Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


