Azərbaycanda məmur xanımı intihar etdi

Azərbaycanda məmur xanımı intihar etdi
  30 Mart 2017    Oxunub:15152
Bu gün Qəbələ rayonunda intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı özünü yaşadığı ünvanda asaraq intihar edib.

Nohurqışlaq kəndinin Bələdiyyə sədri Nizami İbrahimov AzVision.az-a bildirib ki, mərhum Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşıdır.

Onun sözlərinə görə, Allahverdiyeva Natavan uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Özündən sonra 3 övladı qalıb. Böyük övladı Bakıda ali təhsil alır. Kiçik övladının isə 6 yaşı var.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hafiz Əhmədov
AzVision.az




Teqlər: İntihar   Qəbələ  



Xəbər lenti