Xəzərdə daha bir meyit tapıldı – Neftçi olduğu ehtimal edilir
Axtarış – Xilasetmə Qərargahından AzVision.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


