Bakıda içi pulla dolu seyf oğurlanıb

Bakıda içi pulla dolu seyf oğurlanıb
  03 May 2017    Oxunub:1651
Bakıda yerləşən restoranlardan birindən içərisində təxminən 40 min manat olan seyf oğurlanıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

AzVision.az


Teqlər:



Xəbər lenti