Bakıda 11 nəfər liftdə qalıb

Bakıda 11 nəfər liftdə qalıb
  07 İyul 2017    Oxunub:1452
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaradıblar

Əməliyyat saat 21:29-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Bakı   Lift  



Xəbər lenti