26 yaşlı oğlan göldə boğularaq ölüb

26 yaşlı oğlan göldə boğularaq ölüb
  27 Avqust 2017    Oxunub:2124
Cəlilabad rayonu, Abacanlı kəndində 1 nəfər göldə batıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1991-ci il təvəllüdlü Hümbətov Şahmar Habil oğlunun cəsədi tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:55-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti