Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?
Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır. Qidada dəmir hem və qeyri-hem formasındadır. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız non hem dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Nonheme dəmirinin qidada əsas qaynaqları qoz-fındıq, lobya, tərəvəz və taxıl məhsullarıdır.
Qidalarda dəmir ehtiyacının təxminən yarısı çörək, dənli bitki və digər taxıl məhsullarından gəlir. Bundan başqa ana südündə yüksək miqdarda bioyararlı dəmir var. Lakin 4-6 aydan böyük uşaqların ehtiyaclarını ödəmək üçün bu kifayət etmir.
Odur ki, mütəxəssislər tərkibində dəmir olan qida məhsullarının istehlakını tövsiyə edirlər. Bunlar əsasən qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.
Nəzərə almaq lazımdır ki, dəmirin yüksək miqdarda qəbul edilməsinin əks təsirləri də var. Məsələn, normadan artıq dəmir qəbulu qəbizlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallar yaradır. Odur ki, dəmirin gündəlik qəbulu müəyyən edilən normanı keçməməlidir.
Azvision.az