Ukrayna Leninin heykəllərinə `genosid` elan edib?
Yerli milis fakt üzrə araşdırma apararaq abidənin dağıdılmadığı qənaətinə gəlib. Gips qarışığından düzəldilmiş abidə yerə çırpılandan sonra üç iri hissəyə parçalanıb. Odessa vilayətinin Nikolayevsk rayonundakı bu abidə yanvarın 4-də aşıb.
Maraqlıdır ki, Leninin Ukraynanın Kotovsk şəhərindəki heykəli bundan azca əvvəl -dekabrın 9-da gecə dağıdılmışdı. Naməlum şəxslər abidəni postamentdən yerə salmış və bir neçə hissəyə parçalamışdılar. Bundan bir gün əvvəl - dekabrın 8-də, Avropaya inteqrasiya tərəfdarlarının mitinqlərinin ən gur çağlarında isə Leninin Kiyevin Bessarabski meydanındakı abidəsi aşırılıb dağıdılmışdı. Bunlarla bərabər qeyd olunmalıdır ki, Ukrayna milisi Leninin heykəllərinin uçurulub-dağıdılması ilə bağlı heç bir cinayət işi açmayıb və heç kimi saxlamayıb.
Virtualaz.org