“Hürriyyət” yazarından Ərdoğana 10 sual

“Hürriyyət” yazarından Ərdoğana 10 sual
  06 Yanvar 2014    Oxunub:1223
“Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan baş nazir Ərdoğana maraqlı suallar ünvanlayıb.

AzVision.az xəbər verir ki, Dolmabaxça sarayında keçirilən mətbuat konfransına dəvət olunmayan Əhməd Hakan "Orda olsaydım, bu sualları verərdim" başlığı altında 10 sual yazıb.

“Hürriyyət” yazarının suallarını təqdim edirik.


1. Yeni HSYK-ı ortaya çıxaran 12 sentyabr referandumunun dərhal ardından, “Okeanın o tayına təşəkkür” etdiniz. Bundan peşmansınızmı?

2. “Dövlət içində dövlət qurmaq istəyən şəbəkə var” dediniz. Bu şəbəkənin dövlətin içinə daxil olmasına sizmi şərait yaratdınız? Əgər bunu siz etmədinizsə, bu hadisələr baş verərkən siz nə etdiniz?

3. Ergenekon və Balyoz istintaqında “mən bu iddiaların prokuroruyam” deyirdiniz ... İndi vəkilmi oldunuz? Cavabınız "hə"dirsə, niyə?

4. Hazırda aparılan istintaq əməliyyatına güvənə bilərikmi?

5. O ayaqqabı qutuları, rüşvət, reaktivlər, qol saatları necə olacaq?

6. Amerika səfirinə “çıxın gedin” dediniz. Niyə bunu təkrarlamadınız?

7. Planınız nədir? Bu ölkədə bundan sonra “müstəqil məhkəmə” olacaqmı? Əgər olacaqsa, bu “müstəqil mühakimə”, hakimiyyət adamlarının yaxınlarının ifadələrini almaq mümkün olacaqmı? Yoxsa “Yeni Türkiyədə” bu adamlar "toxunulmaz" sayılacaq?

8. “TIR” nə məsələdir? Türkiyə Suriyaya silahmı göndərir? Əgər göndərirsə, kimə və niyə bu iş gizlin aparılır?

9. Əgər ortada "rüşvət" varsa və bu iddiaların heç biri etibarlı deyilsə, niyə nazirlər istefa verdi, yoxsa siz onları qurbanmı verdiniz?

10. Bundan sonra Türkiyədə “qüvvələrarası ayrı-seçkilik necə olacaq?” Əgər qüvvələr birləşəcəksə, bunlar sizin ətrafınızda bir araya gələcək?

Orada olsaydım, bunları soruşardım. Belə düşünürəm ki, bu sualları verə biləcəyim üçün mən orda deyildim…

Axar.az


Teqlər:





Xəbər lenti