Özünü partlatmaq istəyən 8 yaşlı qız `şəhid` kəmərində tutuldu

Özünü partlatmaq istəyən 8 yaşlı qız `şəhid` kəmərində tutuldu
  06 Yanvar 2014    Oxunub:1192
Əfqanıstanda ölüm-itim, qan-qada az qala adi həyat tərzinə çevrilib. Hər gün bu ölkədə onlarla günahsız insan terror aktlarının qurbanı olur. Ən dəhşətlisi isə terrorçu-kamikadzelər qismində azyaşlılardan istifadə edilməsidir.

Onlardan birini – 8 yaşlı qızı əfqan polisi şəhid kəmərində tuta bilib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qızcığaz Helmend əyalətindəki polis şöbələrinin birinin qarşısında özünü partlatmaq istəyibmiş.

Şahidlərin sözlərinə görə, uşaq sadəcə, minalanmış kəmərin düyməsini vaxtında basa bilməyib. Polisin ehtimalına görə, bütün bunların arxasında qızın taliblərin komandirlərindən olan böyük qardaşı durur.


Teqlər:





Xəbər lenti