Yunanıstan Aİ-nin rəhbəri vəzifəsini götürdü

Yunanıstan Aİ-nin rəhbəri vəzifəsini götürdü
  06 Yanvar 2014    Oxunub:1093
Yunanıstan Avropa İttifaqının rəhbəri vəzifəsini öz üzərinə götürdü.

Yunanıstan cari ilin yanvar ayından etibarən rotasiya üzrə Avropa İttifaqında sədrlik vəzifəsini öz üzərinə götürüb.

Afinanın Avropa İttifaqında sədrliyi 1 iyul 2014-cü ilə qədər davam edəcək.

Yunanıstanın baş naziri Antonis Samaras bildirib ki, bu müddətdə Avropada iqtisadi artıma və sosial həmrəyliyə nail olmaq məsələlərinə üstünlük veriləcək. Qaçqınlar barəsində siyasət və bank ittifaqının formalaşmasının tamamlanması məsələləri də gündəmdədir.

Yunanıstan 1983-cü ildən bəri artıq beşinci dəfə Avropa İttifaqında sədrlik edəcək. Bu müddətdə Yunanıstan Avropada sosial birliyin təminatı üçün Avropa İttifaqının üzvü olan bütün başqa dövlətlərdən daha fəal mübarizə aparıb, hərçənd bu sahədə onun uğurları cüzi olub.


Teqlər:  





Xəbər lenti