Çexiya XİN Fələstini günahkar çıxartdı

Çexiya XİN Fələstini günahkar çıxartdı
  07 Yanvar 2014    Oxunub:1128
Çexiya XİN-i Fələstindən səfirlikdə silahın mövcudluğunu izah etməsini tələb edir.
Çexiya Xarici İşlər Nazirliyi (XİN) Fələstindən həmin ölkənin Praqadakı diplomatik kompleksində qeyri-leqal silahların aşkar edilməsi faktını "aydın və birmənalı" şəkildə izah etməsini tələb edir. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çexiya səfirlikdə qeydiyyatsız silahın olmasını "diplomatik əlaqələr haqqında Vyana konvensiyasının ciddi şəkildə pozulması" kimi qiymətləndirir. Bu barədə Çexiya XİN-in bu gün açıqlanan bəyanatında deyilir.

Praqada yanvarın birində Fələstin nümayəndəliyinin binasında səfir Camal əl-Camalın ölümü ilə nəticələnən baş verən partlayışdan sonra, polis tərəfindən binada 12 ədəd qeydiyyatsız atıcı silah tapılıb.

Fələstinin xarici işlər nazirinin müavini Taysir Caradat bildirib ki, bu silah qanuni şəkildə soyuq müharibə dövründən səfirlikdə saxlanılıb.

Çexiya polisi Fələstin səfirliyində partlayışın səbəbini hələlik müəyyən edə bilməyib, lakin ehtimal edir ki, səfir qoruyucu partlayıcı mexanizmi ilə təchiz olunan seyflə ehtiyatsız davranma nəticəsində həlak olub.


Teqlər:





Xəbər lenti