Babək Zəncani İrandan qaçmağa hazırlaşırdı

Babək Zəncani İrandan qaçmağa hazırlaşırdı
  07 Yanvar 2014    Oxunub:1162
Türkiyədəki «böyük korrupsiya əməliyyatı» dalğasında İranda həbs edilən iranlı iş adamı, Rza Zərrabın ortağı Babək Zəncanini dövlətə neft satışından əldə etdiyi gəlirlə bağlı borcu olduğu iddia edilir.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Ejei mətbuat konfransında bildirib ki, Zəncaninin satdığı neft qarşılığında ölkənin qurumlarına 2 milyard avrodan çox borcu var: «O, bu borcu ödəməyərək, xarici qaçmaq istədiyi ehtimalına əsasən tutulub».

İran televiziyasının saytında yayımlanan həmin xəbərə görə, Ejei deyib: «Bu adam dövlət qurumlarının hesabına 2,5 milyard avro köçürdüyünü söyləyir. Ancaq həmin qurumlar bu ödəmənin edilmədiyini bildirir. Təqdim olunan sənədlərin doğruluğu araşdırılır. Həbsdə saxlanılan şübhəliyə xaricdə pulu varsa, ehtiyac olarsa, gətirməsi üçün şərait yaradılacaq».


Teqlər:





Xəbər lenti