Rusiya sərhədində Amerika əsgəri yerləşə bilər

Rusiya sərhədində Amerika əsgəri yerləşə bilər
  07 Yanvar 2014    Oxunub:1464
Estoniyanın Müdafiə naziri Urmas Reysalu ABŞ əsgərlərinin daimi əsasda Estoniyada yerləşməsini istəyir.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə eston naziri Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzində çıxışı zamanı bəyan edib.

“Mən ABŞ-ın vətənimdə daimi mövcudluğunu görməkdən çox şad olardım”,- deyən Urmas Reysalunun fikrincə, Baltikyanı bölgə hazırkı situasiyada “hərbi-strateji balansın NATO-nun xeyrinə olmadığı yeganə regiondur”. Öz sözlərinin təsdiqi olaraq o, NATO-nun ötən il keçirdiyi “Steadfast Jazz” hərbi təlimlərində 6 min hərbiçinin iştirak etdiyini bildirib. Bununla yanaşı o, “Qərb-2013” rus-belarus təlimlərində 100 minə qədər əsgər və zabitin iştirak etdiyini xatırladıb.

Xatırladaq ki, Rusiya ilə 300 kilometr sərhəddə malik Estoniya Avropa Birliyi və NATO-nun üzvüdür.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti