Soçi qapalı şəhərə çevrilib

 Soçi qapalı şəhərə çevrilib
  07 Yanvar 2014    Oxunub:1203
Qış Olimpiya Oyunları ilə bağlı yanvarın 7-dən martın 21-ə qədər şəhərdə xüsusi rejim tətbiq olunacaq.
AzVision.az Rusiya mətbuatına istinadənxəbər verir ki, Soçidə fevralın 7-dən 23-nə qədər keçiriləcək Qış Olimpiya Oyunları və martın 7-si 16-sı tarixləri arasında baş tutacaq Paralimpiya Oyunları ilə bağlı bu gündən etibarən xüsusi təhlükəsizlik rejimi tətbiq olunur.

Prezident Vladimir Putin bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda həm də şəhərdaxili qapalı zonaların yaradılması nəzərdə tutulub. Xüsusi icazə olmadan belə ərazilərə daxil olmaq mümkün olmayacaq. Soçiyə başqa şəhərdən maşınların girişinə qadağa qoyulub.

Ümumilikdə, polis və xüsusi xidmət orqanlarının 30 min əməkdaşı Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edəcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti