Hindistan təhlükəli raketini sınaqdan keçirdi

Hindistan təhlükəli raketini sınaqdan keçirdi
  07 Yanvar 2014    Oxunub:1111
“Prihtvi-2” ballistik raketləri 350 kilometr radiusda nüvə başlığı daşıya bilər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Orissa ştatındakı Çandipur poliqonunda yeni raket sistemi olan “Prihtvi-2” sisteminin sınaqları keçirilib. Sınaqların uğurla keçirildiyini və bütün hədəflərin məhv olunduğunu bildirən ordu komandanlığı bu hadisənin “istənilən situasiyaya Hindistanın operativ reaksiya verə bilmək qabiliyyətini ortaya qoyduğunu” sübut edən faktor kimi dəyərləndirib.

Bundan öncə rəsmi Dehli “Aqni-5” ballistik raketlərinin sınağını həyata keçirmişdi. 1,5 tonluq nüvə başlığını 5 min kilometr məsafəyə qədər çatdıra bilən “Aqni-5”-in xarakteristikası Pekini belə hədəfə almağa imkan verir.
Xatırladaq ki, quru və hava yolu ilə nüvə başlıqlarının hədəfə çatdırılması qabiliyyətinə malik Hindistan Silahlı Qüvvələri 2013-cü ilin avqustundan başlayaraq “Arixant” atom sualtı qayıqlarının da ballistik raketlərlə təmin olunmasına başlayıb.

Vüqar İsmayılov




Teqlər:  





Xəbər lenti