Kaliforniya parlamentində Qarabağ müzakirə ediləcək

Kaliforniya parlamentində Qarabağ müzakirə ediləcək
  07 Yanvar 2014    Oxunub:2031
Amerikanın Kaliforniya ştatında yerli parlament Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması barədə qanun layihəsini müzakirə edəcək.

AzVision.az xəbər verir ki, Parlamentin Assinqasiya komitəsinin sədri, Demokratlar partiyasının üzvü Mayk Qato tərəfindən hazırlanana qanun layihəsində “xalqların öz müqəddəratını təyin etmə” prinsiplərini əsas götürüb. Kaliforniyadakı erməni icması ilə sıx əməkdaşlıq etdiyini bildirən Qato Amerika Erməni Şurası və Amerikanın Erməni Milli Komitəsi tərəfindən dəstəkləndiyini bildirib.

Əgər qanun layihəsi Kaliforniya qanunverici orqanının hər iki palatasında qəbul olunarsa, onun sürəti ABŞ prezidenti, Senat katibliyi, Konqresin Nümayəndələr palatasına və Konqresdə Kaliforniyanın təmsil edən bütün nümayəndələrə təqdim olunacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti