Kerri ABŞ-ın Azərbaycana dəstək olacağını vəd etdi

Kerri ABŞ-ın Azərbaycana dəstək olacağını vəd etdi
  07 Yanvar 2014    Oxunub:1169
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerridən “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

AzVision.az xəbər verir ki, Kerri təbrik məktubunda bildirib ki,
17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir.

“Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir.

Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”.




Teqlər:  





Xəbər lenti