Məmmədyarov bu ay Nalbandyanla görüşəcək

Məmmədyarov bu ay Nalbandyanla görüşəcək
  08 Yanvar 2014    Oxunub:907
Görüşün yanvarın son ongünlüyündə keçirilməsi gözlənilir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov arasında görüş yanvarın son ongünlüyündə keçiriləcək. Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə toplaşaraq ATƏT sədri, İsveçrənin Xarici İşlər naziri Didye Bukxalterlə Qarabağ danışıqlarının formatı müzakirə olunacaq.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü fevral ayından tez keçirilməyəcək və görüş danışıqlar gündəliyinin hazır olmasında asılı olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti