300 deputata qarşı korrupsiya ittihamı
Əksəriyyəti hakim partiyanın üzvləri olan deputatlar ölkə konstitutsiyasını dəyişməyə cəhddə ittiham olunurlar. Ötən ilin noyabrında Tailand Konstitutsiya məhkəməsi iqtidarın ölkə senatının formalaşma qaydalarını dəyişmək cəhdini konstitusiyaya zidd elan etmişdi. Lakin baş nazir Yinqlak Çinavata qarşı ittiham irəli sürülməyib.
Fevralın 2-də Tailandda parlament seçkiləri keçiriləcək. Müxalifət hökuməti seçkilərə qədər istefa verməyə çağırır.
Xatırladaq ki, Tailand müxalifəti hökuməti korrupsiya və digər cinayətlərdə ittiham edərək bir neçə aydır ki, fasiləsiz mitinqlər təşkil edir. Mitinq iştirakçıları hazırki hökumət rəhbəri Yinqlak Çinavatı doğma qardaşı, 2006-cı ildə hərbi çevriliş nəticəsində devrilən, hazırda mühacirətdə yaşayan eks-baş nazir Taksin Çinavatın göstərişlərini icra etməkdə günahlandırır.
Vüqar İsmayılov