İranda naməhrəmlərə yazışmaq qadağan edildi

İranda naməhrəmlərə yazışmaq qadağan edildi
  08 Yanvar 2014    Oxunub:1503
İranın Ali dini lideri Ayətullah Əli Xamneyi internetdə bir-biri ilə tanış olmayan oğlan və qızların yazışmasını qadağan edib. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı dini lider xüsusi dini fətva verib.

“Bu işlərdəki mənəviyyatsızlığı nəzərə alaraq yazışma qadağa olunur” – deyə dini liderin saytında onun açıqlaması təqdim olunub.

Müvafiq dini qanun İran hökumətinin gənclər arasında populyar olan WeChat əlavəsinə girişi qadağan etməsindən sonra qəbul olunub. Bu əlavə smartfonu olan gənclərə sosial şəbəkələrə birbaşa giriş əldə etməkdə yardımçı olurdu.

Bununla yanaşı, bir çox İran rəsmlərinin, o cümlədən, prezident Həsən Ruhanini Twitter, Facebook kimi sosial şəbəkələrdə şəxsi səhifələri var.

AzVision.az


Teqlər:





Xəbər lenti