Mursi bu gün mühakimə edilir
AzVison.az BBC-yə istinadən xəbər verir ki, bu gün Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşlar” –ın 14 üzvü Qahirənin ağır cinayətlər məhkəməsinə çıxarılacaq.
Misirin əl-Vətən qəzetinin məlumatına görə, Məhəmməd Mursi ölkədə baş verən hadisələrlə bağlı yeni gizli faktları açıqlayacağını və sakit durmayacağını bəyan edib.
İkinci dəfədir ki, sabiq prezident mühakiməyə çıxarılır. Budəfəki məhkəmənin də ölkədə keçiriləcək, konstitusiya ilə bağlı referendumdan sonraya təxirə salınması ehtimal edilir.
AzVision.az
Teqlər: