“Vaxtımın çoxunu Azərbaycanda keçirirəm” - Depardye
Aktyor kimi səhnədə olmaqdan olduqca məmnun qalan Depardye Parisdə yanvarın 11-dək qalacaq. “ Sevgi məktubları”nda oynadığı rolu 7 günə yekunlaşacaq.
“Aktyorluq mənlik deyil. Mən azadlığı sevən bir adamam, harada, nə vaxt, nə istəyirəm onu da edirəm. Hazırda arzuladığım sakit həyata qovuşmuşam”.
Fransaya “sadə bir ziyarətçi” kimi gəlirsiniz, sualına cavab olaraq o, vaxtının çoxunu Azərbaycanda, Ukraynada və Rusiyada son zamanlar isə İtaliyada keçirdiyini bildirib. “Harada biznesim var orada”-deyə Depardye özünü çöl pişiyinə bənzədib.
Qeyd edək ki, Jerar Depardye ölkəsində ondan tələb olunan verginin çoxluğuna etiraz olaraq Fransa vətəndaşlığından imtina edib və Rusiya vətəndaşlığını qəbul edib. Hazırda o, bir neçə ölkənin fəxri vətəndaşıdır.
S. Həsənova