Rusiya BMT-də veto hüququndan istifadə etdi

Rusiya BMT-də veto hüququndan istifadə etdi
  09 Yanvar 2014    Oxunub:1104
Bəşər Əsəd hakimiyyətini cinayətlərdə ittiham edən qətnamə BMT Təhlükəsizlik Şurasında Rusiyanın müqaviməti ilə üzləşib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyanın hazırladığı qətnamə Suriya hakimiyyətini Hələbdə dinc sakinləri bombalamaqda ittiham edirdi. Sənəddə son iki ayda Suriya ordusunun endirdiyi kortəbii hava zərbələri nəticəsində 700-dən artıq dinc sakinin həlak olduğu qeyd olunurdu. Lakin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, Rusiya bu sənədə qarşı çıxaraq öz veto hüququndan istifadə edib. Rusiya tərəfi qətnamənin Bəşir Əsəd hakimiyyətini ittiham edən hissələrinin ixtisar edilməsindən sonra qətnamənin qəbuluna razılıq verib. Bundan öncə, dekabr ayında da analoji qətnaməyə veto qoyan Rusiya Suriya hakimiyyətinin yaxın müttəfiqlərindən hesab olunur.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti