Kürd dili rəsmiləşdi

Kürd dili rəsmiləşdi
  09 Yanvar 2014    Oxunub:3474
Mövcud İraq hökümətinin qərarı ilə kürd dili ərəb dilindən sonra rəsmi status alan ikinci dil oldu.
İraqda kürd dili ilk dəfə olaraq rəsmiyyət qazanıb. Belə ki, İraq parlamenti ölkədəki rəsmi qurumlarda ərəb dili ilə yanaşı kürd dilinin də istifadəsinə qərar verib. Kürdistan TV-nin məlumatına görə, İraq parlamenti ölkədə istifadə olunan rəsmi dillərlə bağlı sessiya təşkil edib. İraq parlamentindən təşkil olunan komitənin üzvü Muəyyəd Təyyib təmsil etdiyi Ali qanunverici qurumun qərarı ilə bütün rəsmi orqanların dialoq və yazımalarının ərəb və kürd dillərində aparılacağını bildirib.

O, bu qanunun eyni zamanda 10.000-nə yaxın kürd üçün yeni iş yerlərinin açılmasına səbəb olacağını qeyd edib. O, həmçinin bildirib ki, bununla yanaşı İraqın hər yerində kürdlər anadilində sosial xidmətlər almaq istədikdə İraq höküməti onlara tərcümə xidməti təqdim etməyə borcludur. Muəyyəd Təyyib həmçinin əlavə edib ki, İraq türk və erməni dillərinin də rəsmi dil olaraq qorunma altına alınması üçün İraqın Təbliğat və maarif şöbəsinə təkliflər paketi göndərilib.

S. Həsənova


Teqlər:  





Xəbər lenti