Rusiyada müəmmalı qətllər: Antiterror əməliyyatları başladı
Şübhəli qətllərin qeydə alındığı rayonlarda döyüş rejimi tətbiq edən polislər cinayətkarların axtarışına çıxıb. Öldürülən 5 nəfərdən ikisinin şəxsiyyəti məlum olub. Onların yerli taksi sürücüləri olduğu bildirilib. Qətllərin hansı zəmində baş verdiyini açıqlamada çətinlik çəkən təhlükəsizlik rəsmiləri faktla bağlı istintaq komissiyasının yaradılmasına göstəriş verib.
Qeyd edək ki, Soçi qış olimpiya oyunlarının başlamasına bir aydan da az vaxt qalır. Prezident Vladimir Putin ölkədə təhlükəsizlik sistemlərinin gücləndirilməsinə göstəriş versə də, dekabrın 29 və 30-u Volqaqradda törədilən partlayışlar olimpiya ərəfəsindən ölkənin terrorun hədəfinə çevrildiyinə işarə vurub.
2 partlayışda azı 34 nəfər ölüb, onlarla insan da yaralanıb. Buna qədərsə, Rusiya polisi elə şübhəli ölümlərin yaşandığı Stavropolda üzərinə partlayıcı qurğular yerləşdirmiş bir intiharçını yaxalamağa müvəffəq olmuşdu.
S.Həsənova