Eks-prezidentin 87 tərəfdarı həbs edildi

Eks-prezidentin 87 tərəfdarı həbs edildi
  10 Yanvar 2014    Oxunub:1161
Misirdə müvəqqəti hökümət nümayişlər və etiraz aksiyaları ilə bağlı sərt qanunların icrasına başlayıb.

AzVision.az-ın İsrail mətbuatına istinadla verdiyi məlumata görə, Misirdə Məhəmməd Mursi tərəfdarlarından 87 nəfər məhkəmə qarşısına çıxarılıb. Qahirədə keçirilən məhkəmə proseslərində ötən ilin 29 noyabr tarixində icazəsiz aksiya keçirən 87 nəfərin hər biri 3 il azadlıqdan məhrum edilib. Həbs edilənlərdən 63 nəfərinin hər biri 7 min dollar məbləğində cərimə edilib.

Məhkumlar həmçinin ictimai asayişi pozmaq və ümumi əmlaka zərər vurmaqda da günahlandırılıblar.

Məlumat üçün qeyd edək ki, Misirdə 25 noyabr tarixində aksiyalarla bağlı qəbul edilən qanuna əsasən, icazəsiz mitinq keçirənlər həbs edilməlidirlər. Bu qanunda həmçinin polis qüvvələrinə nümayişlərin dağıdılması üçün aşırı səlahiyyətlər verilib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti