Kamikadzelər 10 metrdən aşkarlanacaq

Kamikadzelər 10 metrdən aşkarlanacaq
  10 Yanvar 2014    Oxunub:1116
Yeni hazırlanan avadanlıq üzərində partlayıcı qəlpə qurğusu olan şəxsləri 10 məsafədən müəyyən edə biləcək
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya alimləri insan üzərində partlayıcı aşkarlaya bilən avadanlığın hazırlanmasına cəlb olunub.

Layihəyə Federal büdcədən ümumilikdə, 39 milyard rubl pul ayrılıb. Ehtimal olunur ki, avadanlıq 98% dəqiqliklə hədəfi müəyyən edə biləcək. 5 dəqiqə ərzində işə salınan avadanlıq 0,5 saniyə ərzində ötürdüyü siqnalları şifrələyə bilir.
İki tezlikli Neylinel-radolokasiya metoduna əsaslanan yeni vasitə partlayıcı qurğuları aşkarlamaq üçün həyəcan siqnalı indikasiyası ilə təmin olunub. 2016-cı ilin noyabrın 15-nə qədər tenderdə qalib gələn şirkət avadanlığı Rusiya Daxili İşlər Nazirliyinə təqdim etməlidir.

Son 10 ildə 50-dən artıq kamikadze hücumuna məruz qalan Rusiya yeni avadanlığın sayəsində terroizmə qarşı mübarizədə üstünlük qazanmaq niyyətindədir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti