Sabiq nazirləri həbs gözləyir

Sabiq nazirləri həbs gözləyir
  11 Yanvar 2014    Oxunub:931
Türkiyədə qalmaqallı rüşvət olaylarından sonra tutduqları vəzifədən istefa verən sabiq 4 nazir haqqında istintaq başlayacaq.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, artıq bununla bağlı İstanbul Respublika Baş Prokurorluğundan Ədliyyə Nazirliyinə sabiq nazirlər haqqında iddianamə göndərilib. Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, iddianamə artıq onlardadır və araşdırmadan sonra nə lazımdırsa, o ediləcək.

Qeyd edək ki, Türkiyədə 17 dekabrda başlanan “Böyük rüşvət” əməliyatında oğlanları həbs edilən daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, ətrafmühit və şəhərsama naziri Ərdoğan Bayraqdar və Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış vəzifələrindən istefa vermişdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti