Fransada bir daha yəhudi köçü yaşanır

Fransada bir daha yəhudi köçü yaşanır
  12 Yanvar 2014    Oxunub:1367
Fransanı tərk edən yəhudilərin sayı artır.
Fransanı tərk edən yəhudilərin sayı artır. 2013-cü ildə yəhudi əsilli 3000 Fransa vətəndaşı İsrailə köç edib. Onlar özlərini doğma vətənləri hesab etdikləri İsraildə daha xoşbəxt və hər cür təhlükədən uzaq hiss etdiklərini bildiriblər. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, köç edənlər son illər Fransada İsrailə və yəhudilərə qarşı münasibətin getdikcə pisləşməsinə görə uzun illər yaşadıqları ölkəni tərk etməyə məcbur olduqlarını deyiblər. Əvvəlki illərlə müqayisədə 2013-cü ildə Fransanı tərk edən yəhudilərin sayı 63 faiz artıb.

Məsələyə münasibət bildirən ekspertlər Fransada etnik qruplara, xüsusilə yəhudilərə qarşı təhqiramiz halların artmasının onların ölkəni tərk etmələrinə başlıca səbəb olduğunu bildiriblər.
Rasizm, antisemitizm və 2012-ci ilin mart ayında ölkənin Tuluz şəhərində yəhudi gəncin qətlə yetirilməsi yəhudilərin Fransadan kütləvi şəkildə köçməsinə təkan verib.


Teqlər:





Xəbər lenti