Liviyada nazir müavini qətlə yetirilib

Liviyada nazir müavini qətlə yetirilib
  12 Yanvar 2014    Oxunub:1306
Liviyanın sənaye nazirinin müavini Həsən Əl Drui ötən axşam Sirt şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

AzVision.az “İTAR-TASS”a istinadən xəbər verir ki, bu barədə Liviyanın güc strukturlarındakı mənbə məlumat verib.

Məlumata görə, hücum axşam namazından sonra şəhərin mərkəzi bazarı yaxınlığında baş verib.

Qeyd edək ki, Liviyada Müəmmər Qəddafi rejimi devrildikdən sonra bu keçid hökumət üzvlərinə qarşı törədilmiş ilk qətl hadisəsidir.


Teqlər:





Xəbər lenti