Eşton ilk dəfə İrana gedəcək

Eşton ilk dəfə İrana gedəcək
  12 Yanvar 2014    Oxunub:1008
Ketrin Eşton ilk dəfə İrana gedəcək.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton ilk dəfə olaraq İrana getməyə hazırdır. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyası başçısının mətbuat xidmətinin nümayəndəsi açıqlama yayıb. Onun sözlərinə görə, Eşton İrana baş çəkmək barədə dəvəti maraqla qarşılayıb.

İranın Mehr İnformasiya Agentliyinin məlumatına görə, bu gün xarici işlər nazirinin müavini Abbas Araqçi deyib ki, “Xanım Eştona xarici işlər naziri Cavad Zərifdən İrana baş çəkmək üçün açıq dəvət var”.

Səfər Tehranın nüvə proqramının dinc məqsədlər daşımasına dünyanı inandırmaq baxımından mühüm əhəmiyyət kəsb edə bilər.


Teqlər:





Xəbər lenti