İtaliyada 200-dək miqrant xilas olundu

İtaliyada 200-dək miqrant xilas olundu
  12 Yanvar 2014    Oxunub:1052
İtaliya dənizçiləri 200-dək qeyri-leqal immiqrantı xilas ediblər.

Yanvarın 11-də günün ikinci yarısında italyan gəmisi San Marco Lampeduza adasından 150 kilometr cənubda aralarında qadın və uşaqların da olduğu 200-ə yaxın qeyri-leqal immiqrantı daşıyan qayığa kömək edib.

Bu haqda Avropa KİV-ləri İtaliya hərbi dəniz qüvvələrinə istinadla məlumat yaymışlar. Qayıqda heç bir xilasedici vasitənin olmadığı bildirilir.

Qış və dənizdəki əlverişsiz hava şəraiti Şimali Afrikadan və Yaxın Şərqdən olan qaçqınların İtaliya sahillərinə can atmasına mane ola bilmir. Bu ölkənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, yeni ilin ilk on günü ərzində ölkəyə 1050 immiqrant gəlib.


Teqlər:





Xəbər lenti