10 ay ərzində 180 min narkotik qaçaqmalçısı

10 ay ərzində 180 min narkotik qaçaqmalçısı
  12 Yanvar 2014    Oxunub:993
İranda 10 ay ərzində 180 min narkotik qaçaqmalçısı həbs olunub
İranda cari ilin əvvəlindən indiyədək (İranda il martın 21-də dəyişir) 400 ton müxtəlif növ narkotik maddə müsadirə olunub. Bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəis müavini Babək Dİnpərəst deyib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, müsadirə olunmuş narkotik maddələrin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb.

Dinpərəst bildirib ki, 180 min narkotik qaçaqmalçısı həbs olunub və onlar barəsində cinayət işi açılıb.

O, deyib ki, İranda hazırda bir milyon 325 min nəfər narkotik istifadəçisi var.

"Statistik məlumatlar göstərir ki, narkotik istifadəçilərinin 75 faizi orta təhsilli və 21 faizi isə ali təhsillidirlər.

Dinpərəstin sözlərinə görə, narkotik maddələrin düzgün istifadə edilməməsi ilə bağlı hər il 3 min nəfər İranda vəfat edir.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmi statistikasına görə, ölkədə hazırda bir milyon 350 min nəfər narkotik istifadəçisi var ki, onlardan 9,6 faizi (130 min nəfəri) qadındır.

Narkotikdən asılılığı olanların böyük əksəriyyəti 15-64 yaş arasındadır.


Teqlər:





Xəbər lenti