`Cenevrə-2` nəzərdə tutulan vaxtda keçiriləcək

`Cenevrə-2` nəzərdə tutulan vaxtda keçiriləcək
  13 Yanvar 2014    Oxunub:1182
AzVision.az xəbər verir ki, Suriya üzrə Cenevrədəki konfrans səmərəli və nəzərdə tutulmuş vaxtda keçməlidir. XİN rəhbərlərinin Suriyanın "dostları qrupunun" bu ümumi fikrini Fransanın xarici işlər naziri Loran Fabius bildirib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

"Konfrans nəzərdə tutulmuş vaxtda keçməli və uğurla nəticələnməlidir", - Fransanın xarici işlər naziri Suriyanın "dostları qrupunun" görüşün yekunları üzrə Parisdə bildirib.

Bununla yanaşı müşavirədə iştirak edən Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba qeyd edib ki, Fransa paytaxtında təqdim olunan bütün nümayəndə heyətləri "Suriyada Bəşər Əsəd rejiminin gələcəyi olmaması fikrində bir olublar".


Teqlər:





Xəbər lenti