`Suriyanın dostları` Parisdə bir araya gəldi

`Suriyanın dostları` Parisdə bir araya gəldi
  13 Yanvar 2014    Oxunub:1313
Bu dəfəki toplantıda Suriya müxalifəti də iştirak edir.
AzVision.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə «Suriyanın dostları» adlı növbəti beynəlxalq görüş öz işinə başlayır. 2 gün davam edəcək toplantıya Fransanın xarici işlər naziri Loran Fabius sədrlik edir.

İclasda ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri bir araya gəlib. Bu dəfəki «Suriyanın dostları» toplantısına Suriya müxalifətinin təmsilçisi qismində «Suriya Milli Koalisiyası»nın lideri Əhməd Cərbanın başçılığı ilə nümayəndə heyəti də qatılıb.

Görüş zamanı yanvarın 22-ə planlaşdırılan Suriyaya dair «Cenevrə-2» beynəlxalq konfransının gündəmində olacaq məsələlər və Suriyadakı son vəziyyət müzakirə ediləcək.

anspress.com


Teqlər:





Xəbər lenti