Türkiyə deputatlarımıza qoyulan qadağadan danışır

Türkiyə deputatlarımıza qoyulan qadağadan danışır
  13 Yanvar 2014    Oxunub:1107
Millət vəkillərinə smartfon və android sistemli telefonlarla parlamentə girişin qadağan edilməsi yerli media ilə yanaşı türk mətbuatında da geniş işıqlandırılır. Türkiyənin nüfuzlu “Anadolu” Agentliyi, “Doğan” xəbər agentliyi və eləcə də digər xəbər portalları azərbaycanlı deputatlara qoyulan qadağadan yazaraq məsələni geniş oxucu müzakirəsinə çıxarıblar.

Qeyd edək ki, Milli Məclisin qərarına əsasən, deputatlar internetə daxil ola bilən və kamerası olan telefonlarla parlament binasına daxil ola bilməyəcəklər. Telefon qadağası təkcə deputatlara deyil, bütövlükdə Milli Məclisə daxil olan bütün şəxslərə şamil ediləcək. Parlament telefonlara qoyulan qadağanın təhlükəsizliklə bağlı olduğunu əsaslandırır.

Xatırladaq ki, deputatlara tətbiq ediləcək telefon qadağası təkcə Türkiyə mediasında deyil, eləcə də dünya mətbuatında işıqlandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti