Amerika İrana şərt qoydu

Amerika İrana şərt qoydu
  13 Yanvar 2014    Oxunub:1175
“Amerika İranın Suriya üzrə keçiriləcək Cenevrə-2 danışıqlarında iştirakını dəstəkləyir. Bİr şərtlə ki, İran konfrans iştirakçıları qarşısında qoyulmuş tapşırıqlara riayət etsin.”- Con Kerri
AzVision.az xarici mətbuatına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri İranın Suriya ilə bağlı danışıqlarda iştirak etməsi üçün “altılıq ölkələri” ilə imzaladığı Cenevrə kommunikesinin şərtlərinə riayət etməyə çağırıb.

“Əgər İran Cenevrə-2 konfransında iştirakçılar qarşısında konkret qoyulmuş tapşırıqlar çərçivəsində iştirak edəcəksə, Amerika İranın iştirakını alqışlayır”. Con Kerri bu açıqlamanı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Parisdə keçirilən görüşdən sonra açıqlayıb.

Dövlət katibinin sözlərinə görə, hazırda İran Suriya münaqişəsinə mənfi təsir gösərir. Çünki, İran ABŞ-ın terrorçu qruplaşma kimi tanıdığı “Hizbullah” təşkilatına dəstəyini davam etdirir.

Öz növbəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəzi ölkələrin konfransın işinə qatılmaq istəmədiyini söyləyib.
“Konfransa dəvət olunan bəzi ölkələr- hansıları ki, barmaqla göstərməyəcəm, “Cenevrə-2 danışıqlarının uğurla başa çatmasını istəmirlər. Onlar Suriyaya hava zərbələrinin endirilməməsindən çox məyus olublar”.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti