Türkiyədə 7 iş adamının həbs qərarı ləğv edilib

Türkiyədə 7 iş adamının həbs qərarı ləğv edilib
  14 Yanvar 2014    Oxunub:1042
Türkiyədə dekabrın 25-i həyata keçirilən rüşvət əmıliyyatında saxlanılan 7 iş adamı və 2 şirkətin mal varlığına həbs qərarı ləğv edilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəli şəxslərlə bağlı lazımi maliyyə araşdırmaları aparılmadan, cinayətlə mülk arasında hansısa əlaqə qurulmadan var-dövlətə həbs qoyulması məqsədəuyğun hesab edilməyib.

Qərarda vurğulanır ki, Maliyyə Cinayətləri Araşdırma İdarəsindən (MASAK) hesabat alınmayıb.

İş adamı Camal Kalyoncu isə bildirib ki, əvvəlki qərar qanunsuz idi: Qanunsuz bir qərar idi, ləğv olundu. Qanuni müddət davam edir. Hər şey məlum olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti