Rusiya yenidən qış vaxtına qayıdır

Rusiya yenidən qış vaxtına qayıdır
  14 Yanvar 2014    Oxunub:1179
Dövlət dumasının bütün fraksiyaları qərarı dəstəkləyiblər.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyada 2011-ci ildə ləğv olunan qış vaxtı yenidən bərpa olunacaq.

Lakin yeni dəyişiklik yalnız Soçidəki Qış Olimpiya Oyunlarından sonra həyata keçiriləcək. Qanun layihəsinin tərtib edən deputatlar Uzaq Şərqdə və Sibirdə bəzi məktəblilərin Günəş üzünü görmədiklərini və bunun onların sağlamlığına mənfi təsir göstərdiyi müəyyən olunub. Yay vaxtının əsas götürülməsi mövsümdən asılı olaraq əmək qabiliyyətli insanlarda iş vaxtının 2 saat, təhsilin keyfiyyəti isə 10%-ə qədər azaldır.

Qanunu “Vahid Rusiya” partiyasından İrina Sokolova, Mixail Slipençuk, Liberal-Demokrat partiyasından Dmitri Savelyev, Maksim Şinqarkin, Kommunist partiyasından Sergey Qavrilov, Aleksandr Abalakov, Aleksey Russkix və eser Anton Belyakov hazırlayıb. Ehtimal olunur ki, prezident Vladimir Putin qəbul olunacaq qanunu təsdiqləyəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti