Moskvada Azərbaycan vətəndaşını öldürdülər

 Moskvada Azərbaycan vətəndaşını öldürdülər
  15 Yanvar 2014    Oxunub:1021
Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib. Azvision.az Ria Novostiyə istinadla verdiyi məlumata görə, həmyerlimiz bıçaqlanaraq öldürülüb.

Rusiya hüquq-mühafizə orqanlarından bildirilib ki, “Yanvarın 14-də Moskva vaxtılə saat 22:36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkar ediblər. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib. Cinayətin təfərrüatları araşdırılır”.

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti