İranda azərbaycanlı-kürd gərginliyi

İranda azərbaycanlı-kürd gərginliyi
  15 Yanvar 2014    Oxunub:1452
İran parlamentinin kürd deputatı Osman Əhmədinin İranın şimal-qərbində yeni “Şimali Kürdüstan” vilayətinin yaradılması ilə bağlı təklifi azərbaycanlıların etirazına səbəb olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu təklifi irəli sürən Osman Əhmədi yeni yaradılacaq inzibati vahidliyin mərkəzi olaraq Qərbi Azərbaycan ostanının tərkibindəki Mehabad şəhərinin seçilməsini təklif edib.

Bu isə İran azərbaycanlılarının qəzəbinə səbəb olub. Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyadan parlament üzvü olan Nadir Qazipur Əhmədinin sözlərini “zərərli təbliğat” adlandırıb. “Biz heç zaman Qərbi Azərbaycanın bölünməsinə imkan verməyəcəyik” – deyə azərbaycan əsilli deputat bildirib. “Şimali Kürdüstan”ın yaradılması ilə bağlı polemika Facebook sosial şəbəkəsinə sirayət edib. Azərbaycanlı və kürd istifadəçilər yeni ostanın yaradılıb-yaradılmaması ilə bağlı geniş müzakirələr aparıb və səhifələr yaradıblar.

Bundan öncə, İran Daxili İşlər naziri Aburrza Rəhman Fəzli hökümətin yeni 10 vilayət ayarmaq istədiyini, lakin yekun qərarın verilmədiyini bildirib. Hazırda ölkədə 31 ostan (vilayət) var. Son 10 ildə İranda 4 yeni vilayət yaradılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti