Kiyevdə mitinqlər yasaqlandı

Kiyevdə mitinqlər yasaqlandı
  15 Yanvar 2014    Oxunub:1574
Yanvarın 8-dən martın 8-nə qədər müxalifətin Kiyevdə mitinq təşkil etməsinə məhdudiyyətlər qoyulacaq.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Dairəvi Administrasiya məhkəməsi 2014-cü ilin 8 martına qədər Kiyevin mərkəzində mitinqlərin keçirilməsinə qadağa qoyub. Bununla bağlı məlumat məhkəmə qərarlarının vahid reyestrində yerləşdirilib.

Dövlət administrasiyasının siaysi qüvvələrə - “UDAR”, “Batkovşina” və Ümumukrayna vətəndaş təşkilatı “Sosila müdafiə və qarşılıqlı yardım naminə xalq həmrəyliyi”nə qarşı qaldırdığı iddiada məhkəmədən bu qüvvələrin kütləvi toplaşmasına məhdudiyyət qoymasını xahiş edirdi.
Məhkəmə 6 yanvar tarixli qərarı ilə iddiaçı tərəfin şikayətininin təmin olunmasını və səsgücləndiricilərdən, avtotexnikadan, palatkalardan, səhnə və örtüklərdən istifadə edilən kütləvi yığıncaqlara, tədbirlərə 2014-cü il yanvarın 8-dən martın 8-ə qədər məhdudiyyətlərin tətbiq olunması barədə qərar qəbul edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti