Qahirə polisi `Müsəlman qardaşları`nın mitinqin dağıtdı

Qahirə polisi `Müsəlman qardaşları`nın mitinqin dağıtdı
  16 Yanvar 2014    Oxunub:1166
Qahirə polisi “Əl-İttihadiyyə” prezident sarayı yanında “Müsəlman qardaşları” təşkilatı tərəfdarlarının icazəsiz mitinqini dağıtdı.
AzVision.az xəbər verir ki, Misir KİV-lərinin verdiyi məlumata görə, Misir polisi Qahirədə “Müsəlman qardaşları” təşkilatının tərəfdarlarının icazəsiz mitinqini dağıdıb. Məlumatda bildirilir ki, yürüşün yüzlərlə iştirakçısı Konstitusiyaya dair referendum keçirilməsinə etiraz əlaməti olaraq dövlət başçısının “Əl-İttihaduyyə” sarayının yanında yolu bağlamağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edərək mitinqi dağıdıblar.

Etirazçılar “Təhrir” meydanına keçməyə çalışmış, lakin buna nail ola bilməmişlər, çünki hərbçilər həmin meydana gedən bütün yolları bağlayıblar.

Nümayişçilərdən bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


Teqlər:





Xəbər lenti