Misirdə 444 etirazçı həbs edilib

Misirdə 444 etirazçı həbs edilib
  16 Yanvar 2014    Oxunub:1015
Misirdə seçkilərin nəticələri iki gün sonra elan ediləcək
KİV-lər Misirdə konstitusiya referendumunun çox zəif keçirildiyini bəyan edirlər. Misirin təhlükəsizlik qüvvələri son iki gündə yəni konstitusiya referendumu səsverməsi zamanı 444 etirazçını həbs edib. Dünən də Misirdə təhlükəsizlik qüvvələri və referendum əleyhdarları arasında toqquşmalar qeydə alınıb. Misirin əs-Suyuf şəhərində toqquşmalarda yaralananlar olub.

Bu arada KİV-lər son iki gündə ölkədə keçirilən konstitusiya referendumunun çox zəif keçdiyini və seçki məntəqələrinə çox az seçicilərin gəldiyini bildiriblər. Məlumata əsasən, böyük şəhərlərdə seçicilərin 10 faizi referenduma qatılıblar. Misirin Daxili İşlər Nazirliyi isə seçkilərdə iştirak edənlərin 55 faiz təşkil etdiyini bildirib.

Misirin müvəqqəti höküməti seçkilərin nəticələrini yanvarın 18-də elan edəcək.

Səbinə


Teqlər:





Xəbər lenti