Əsəd Səudiyyə Ərəbistanını tənqid etdi

Əsəd Səudiyyə Ərəbistanını tənqid etdi
  16 Yanvar 2014    Oxunub:1238
Suriya prezidenti Bəşər Əsəd İran Xarici İşlər naziri Cavad Zəriflə görüşdə Səudiyyə Ərəbistanını “bütün dünyaya təhlükə” adlandırıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bir həftədən sonra fəaliyyətə başlayacaq “Cenevrə-2” konfransı çərçivəsində İran Xarici İşlər naziri Cavad Zəriflə görüşüb.

Görüşdə Suriya prezidenti Səudiyyə Ərəbistanını siyasi və dini ideologiyasını “bütün dünya üçün təhlükə” kimi dəyərləndirib.
Onun ilk növbədə Səudiyyə Ərəbistanın dövlət dini olan Vəhhabiliyi nəzərdə tutduğu deyilir. Əsədin fikrincə, vəhhabilik təhlükəsini nəinki Suriya sakinləri, həm də digər region xalqları da başa düşür.

“Biz bütün mübarizəmizi bu şər qüvvəyə və onun məhvinə yönəltməliyik” – deyə prezident iranlı nazirlə görüşdə bəyan edib.

Hələlik Səudiyyə Ərəbistanından bu bəyanata reaksiya gəlməyib. Lakin bundan öncə krallıq nümayəndələri dəfələrlə Əsədin Suriyadakı vətəndaş müharibəsinin əsas baiskarı olduğunu vurğulayırdı. 130 mindən artıq insanın həlak olduğu vətəndaş müharibəsinin yekunlaşması üçün Səudiyyə Ərəbistanı Bəşər Əsədin istefasının labüd olduğunu bildirirdilər.
Bundan başqa bu ölkə Suriya müxalifətinin də silahla aktiv şəkildə təmin edir.

Bu arada İsveçrədə “Cenevrə-2” konfransı çərçivəsində Suriya münaqişəsi ilə bağlı geniş müzakirələrin keçirilməsi gözlənilir. İranın da iştirakçı ölkə qismində konfransa qatılması Rusiya tərəfindən təklif olunsa da, ABŞ hələ ki, buna qarşı çıxır. Suriya Azadlıq Ordusu isə konfransda yalnız Bəşər Əsədin istefasından sonra qatıla biləcəklərini bildiriblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti