Abdulla Güldən azərbaycanlı həkimə CAVAB

Abdulla Güldən azərbaycanlı həkimə CAVAB
  16 Yanvar 2014    Oxunub:1426
Türkiyədə yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Məhbub Əmrahinin Səfəfi dövlətinin fars yox türk adlandırılması ilə bağlı prezident Abdulla Gülə yazdığı məktuba cavab gəlib
M.Əmrahinin AzVision.az-a verdiyi məlumata görə, onun prezidentlə görüş tələbinə müsbət cavab verilməyib:

“Görüş tələbiniz, prezidentin işlərinin çoxluğu ilə əlaqədar müsbət dəyərləndilməyib. İstək və narazılığınızı prezidentə çatdıracağıq.

Buna görə də prezidentə göstərdiyiniz maraq üçün onun adından sizə təşəkkür edirik”

Qeyd edək ki, M.Əmrahi bir neçə gün əvvəl görüş üçün prezidentə müraciət etmişdi. O, müraciətində Cümhurbaşqanlığı müstəvisidnə Səfəvi dövlətinin 17-ci türk imperatorluğu olaraq yer alması və bu məsələnin müzakirəsi üçün prezidentdən görüş tələb etmişdi.

Sevinc


Teqlər:





Xəbər lenti