İsrail Qəzzaya hava zərbələri endirib

İsrail Qəzzaya hava zərbələri endirib
  16 Yanvar 2014    Oxunub:1154
Bu Fələstin tərəfinin İsrailə doğru 6 raket atmasına cavab olub.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, fələstinlilər İsrailin Aşkelon şəhərinə doğru ötən gecə ərzində 6 raket zərbəsi endiriblər.

Onlardan 5 –i “Dəmir dəbilqə” adlı hava hücumundan müdafiə sistemi tərəfindən elə havadaca məhv edilib.
Nunda cavab olaraq İsrail hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzza sektorunun şimalındakı silah sexlərinə və raket anbarlarına zərbələrə endiriblər.

Fələstin informasiya vasitələri nəticədə dinc sakinlərin- bir qadının və dörd uşağın xəsarət aldığı barədə məlumat yayıblar. Aviasiyanın əsas hədəf kimi isə “HAMAS” qruplaşmasının hərbi qanadı sayılan “İzəddin əl-Qasımın briqadası”nın olduğu bildirilir.

Xatırladaq ki, 2001-ci ildən başlayaraq Qəzza sektorundan İsrail ərazisi raket atəşinə tutulur. Atəşin kulminasiya nöqtəsi kimi 2012-ci il sayılır. Həmin ildə İsrailə doğru atılan 2078 raket ümumilikdə, 6 nəfərin ölümü, 107 nəfərin isə xəsarət almasına səbəb olmuşdu.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti